SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Legion Financial”ın xalis mənfəəti 36% azalıb

“Legion Financial”ın xalis mənfəəti 36% azalıb

  • 10 sentyabr 2026, 17:55

Azərbaycanda lizinq xidmətləri göstərən “Legion Financial” ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,5 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,9% azdır.

Bu il iyulun əvvəlinə “Legion Financial”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 17,85% çox – 22,5 milyon manat, o cümlədən lizinq portfeli 8,6% çox - 12,1 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 17 milyon manat (15,9% çox), balans kapitalı isə 5,5 milyon manat (24,3% çox), o cümlədən nizamnamə kapitalı 4,1 milyon manat (13,15% çox) olub.  

Skat.az - Ev və Avtomobil elanları