Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 350,7 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.
Ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 23,7% az icra edilib.
Bundan başqa, 6 ay ərzində büdcəyə sair daxilolmalar 394 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,35 % az, proqnozdan isə 2,7 dəfə çoxdur.