SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Merkuri BOKT-un dövlətə borcu yaranıb

"Merkuri" BOKT-un dövlətə borcu yaranıb

  • 27 iyul 2026, 10:04

"Merkuri" QSC bank olmayan kredit təşkilatı (BOKT) böyük məbləğdə vergi borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, hazırda kredit təşkilatının dövlətə borcu 5600 manatdan çoxdur.

Xatırladaq ki, kredit təşkilatı ötən il 300 min manat xalis mənfəət əldə edib.

Bu ilin əvvəlinə "Merkuri"nin aktivləri ötən ilin əvvəlinə nisbətən 12,5% çox - 10 milyon manat, o cümlədən kredit portfeli 14,9% çox – 8,9 milyon manat təşkil edib.

Qeyd edək ki, 2012-ci ildə yaradılan "Merkuri" BOKT-un nizamnamə kapitalı 1 333 260 manatdır, səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur. BOKT-un qanuni təmsilçisi Teymur Məcidovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları