SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Qafar Dəmirçiyə 1 milyon manat pul lazımdır

Qafar Dəmirçiyə 1 milyon manat pul lazımdır

  • 27 iyul 2026, 11:12

Əsas səhmdarı (68%) Qafar Dəmirçi olan və Azərbaycanda faktorinq xidmətləri göstərən "Ferrum Kapital" QSC 1 milyon manatlıq istiqraz emissiyası elan edib.

Yurd.Media xəbər verir ki, şirkət istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.

Sənədə əsasən, nominal dəyəri 100 manatdan 10 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazın yerləşdirilməsi nəzərdə tutulur.

Qiymətli kağızlar 12 ay tədavüldə olacaq. Onlara illik 14% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək.

Yerləşdirmə üzrə anderrayteri "PAŞA Kapital lnvestisiya Şirkəti" QSC-dir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları