SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“International Leasing” ötən ilin maliyyə hesabatını verib

“International Leasing” ötən ilin maliyyə hesabatını verib

  • 24 iyul 2026, 13:43

"International Leasing" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 0,35 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 11% çoxdur.

Bu ilin əvvəlinə "International Leasing"in aktivləri ötən ilin əvvəlinə nisbətən 82,25% çox - 4,7 milyon manat, o cümlədən lizinq portfeli 86,6% çox – 4,66 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 3,33 milyon manat (2,7 dəfə çox), balans kapitalı isə 1,33 milyon manat (1,4% çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları