SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Aktivləri artsa da, mənfəəti azaldı

Aktivləri artsa da, mənfəəti azaldı

  • 24 iyul 2026, 11:24

"Express Lombard" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media araşdırmasına görə, şirkət ötən il 0,5 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 3,1% azdır.

Bu ilin əvvəlinə "Express Lombard"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 3,8 dəfə çox - 4,2 milyon manat, o cümlədən ötən il formalaşmış portfeli 3,9 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 2,5 milyon manat (20,4 dəfə çox), balans kapitalı isə 1,7 milyon manat (74,3% çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları