SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycan I yarımildə 2,4 milyon manatlıq sığorta xidməti ixrac edib

Azərbaycan I yarımildə 2,4 milyon manatlıq sığorta xidməti ixrac edib

  • 23 iyul 2026, 13:23

Bu ilin I yarısında Azərbaycan sığortaçıları ölkə xaricində qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin sahiblərinə ümumi dəyəri 2,4 milyon manata yaxın olan 7 min “Yaşıl Kart” satıb.

Bu barədə Yurd.Media-ya İcbari Sığorta Bürosundan bildirilib.

Məlumata görə, yanvar-iyun aylarında Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üzrə isə ümumi dəyəri 0,7 milyon manatdan çox olan 13,4 min “Yaşıl Kart” rəsmiləşdirilib.

Beləliklə, hesabat dövründə "Yaşıl Kart" beynəlxalq sığorta sistemi çərçivəsində 20,4 müqavilə bağlanılıb və 3,1 milyon manat sığorta haqqı yığılıb.

I yarımildə Gürcüstan və Qazaxıstandan olan sürücülərin iştirakı ilə 69 yol qəzası baş verib. Həmin sığorta hadisələri üzrə 0,4 milyon manatdan çox ödəniş edilib.

6 ay ərzində Azərbaycan sürücülərinin iştirakı ilə isə Türkiyə, Latviya, Litva, Polşa, Almaniya və digər ölkələrdə ümumilikdə 165 yol qəzası baş verib. Həmin sığorta hadisələri üzrə 0,7 milyon manat ödəniş edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları