Maliyyə Nazirliyi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "Dövlət müəssisələrinin rəqəmsal monitorinqi" altsistemi ilə bağlı rəqəmləri açıqlayıb.
Yurd.Media xəbər verir ki, bu ilin I yarısında altsistemdə 1 034 müəssisə qeydiyyata alınıb, onlar 1 315 aylıq və 7 244 rüblük hesabat təqdim edib.
466 müəssisə 2026-cı il üçün təsdiqlənmiş büdcə hesabatı, 532 müəssisə 2027-ci il üçün dividend proqnozu hesabatı, eləcə də 654 müəssisə növbəti il üçün büdcə proqnozu hesabatı verib.