"Prior Credit" ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 1 001 000 manat və yaxud 47,6% artıraraq 2 100 000 manatdan 3 101 000 manata çatdırmağı planlaşdırır.
Yurd.Media xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 700 manat olan 1 430 ədəd yeni səhm buraxılacaq.
"Prior Credit"i 2020-ci ildə "Prior Leasing" ASC yaradıb.