SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“Yelo Bank” xalis mənfəətinin 1/3-ni itirib

“Yelo Bank” xalis mənfəətinin 1/3-ni itirib

  • 17 iyul 2026, 13:43

“Yelo Bank” ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 12,6 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36% azdır.

Bu il iyulun əvvəlinə “Yelo Bank”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 11,4% çox – 1 475 milyon manat, o cümlədən kredit portfeli 10,2% çox – 1 075,6 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 1 285,4 milyon manat (10,8% çox), o cümlədən depozit portfeli 1 039,2 milyon manat (9,6% çox), balans kapitalı isə 189,6 milyon manat (15,8% çox), o cümlədən nizamnamə kapitalı 378 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları