“Rabitəbank” ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 5,6 milyon manat mənfəət əldə edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18% azdır.
Bu il iyulun əvvəlinə “Rabitəbank”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 17,7% çox – 1 398,5 milyon manat, o cümlədən kredit portfeli 8,6% çox – 965,4 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 260,8 milyon manat (18,7% çox), o cümlədən depozit portfeli 840,7 milyon manat (21,9% çox), balans kapitalı isə 137,7 milyon manat (9,6% çox), o cümlədən nizamnamə kapitalı 101,3 milyon manat (dəyişməyib) olub.