SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Ziraat Bank Azərbaycana 30 milyon manat pul lazımdır

"Ziraat Bank Azərbaycan"a 30 milyon manat pul lazımdır

  • 17 iyul 2026, 14:54

"Ziraat Bank Azərbaycan" ASC 30 milyon manatlıq istiqraz emissiyası elan edib. 

Yurd.Media xəbər verir ki, bank istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib. 

Sənədə əsasən, nominal dəyəri 100 manatdan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın birqiymətli təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi hələ müəyyən olunmayıb. Amma faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları