“Kapital Bank” ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 221,8 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,1% çoxdur.
Bu il iyulun əvvəlinə “Kapital Bank”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 4,4% çox – 13 271,8 milyon manat, o cümlədən kredit portfeli 10,7% çox – 5 262,1 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 11 932,8 milyon manat (2,8% çox), o cümlədən depozit portfeli 9 951,2 milyon manat (5% çox), balans kapitalı isə 1 339 milyon manat (21,1% çox), o cümlədən nizamnamə kapitalı 265,85 milyon manat (dəyişməyib) olub.