SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Azərbaycanda vergi daxilolmaları 9%-dən çox artıb

Azərbaycanda vergi daxilolmaları 9%-dən çox artıb

  • 04 sentyabr 2026, 17:51

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsinə 12 619,1 milyon manat vəsait köçürüb. 

Bu barədə Yurd.Media-ya qurumdan bildirilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2%, proqnozdan isə 7,7% çoxdur.

8 aylıq vergi daxilolmalarının 9 468,7 milyon manatı qeyri-neft-qaz sektorundan toplanılıb. Bu isə 1 il əvvələ nisbətən 12,3%, proqnozdan isə 3,1% çoxdur. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları