Bu il iyulun 1-nə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 4 075 işçisi olub.
Yurd.Media xəbər verir ki, bu barədə Bankın yarım illik idarəetmə hesabatında bildirilir.
Xatırladaq ki, iyunun sonuna Azərbaycan banklarında 27 462 nəfər işləyib.
Bu da o deməkdir ki, bankirlərin 14,8%-i ABB-də çalışır.