SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Sizin Lombard ötən ilin maliyyə hesabatını verib

"Sizin Lombard" ötən ilin maliyyə hesabatını verib

  • 02 sentyabr 2026, 17:32

"Sizin Lombard" əmtəə nişanının sahibi “GL" 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 5,05 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 66,4% çoxdur.

Bu ilin əvvəlinə “GL"in aktivləri ötən ilin əvvəlinə nisbətən 15,4% çox - 61,1 milyon manat, o cümlədən borc portfeli 9,9% çox - 50,8 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 57,6 milyon manat (13,5% çox), balans kapitalı 3,5 milyon manat (60,3% çox), o cümlədən nizamnamə kapitalı 0,25 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları