SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Prior Leasing ötən ilin maliyyə hesabatını verib

"Prior Leasing" ötən ilin maliyyə hesabatını verib

  • 02 sentyabr 2026, 09:58

"Prior Leasing" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 1,5 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 25% çoxdur.

Bu ilin əvvəlinə "Prior Leasing"in aktivləri ötən ilin əvvəlinə nisbətən 20,4% çox - 108,5 milyon manat, o cümlədən lizinq portfeli 22,4% çox - 41,2 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 97 milyon manat (16,8% çox), balans kapitalı isə 11,5 milyon manat (63,4% çox), o cümlədən nizamnamə kapitalı 5 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları