SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“International Leasing” I yarımilin maliyyə hesabatını verib

“International Leasing” I yarımilin maliyyə hesabatını verib

  • 01 sentyabr 2026, 15:26

“International Leasing” ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,45 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,5% çoxdur.

Bu il iyulun əvvəlinə “International Leasing”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 2,4 dəfə çox – 7,1 milyon manat, o cümlədən lizinq portfeli 2,7 dəfə çox – 6,8 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 5,3 milyon manat (3,15 dəfə çox), balans kapitalı isə 1,8 milyon manat (42,2% çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları