“Express Lombard” ASC də 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% azdır.
Bu il iyulun əvvəlinə “Express Lombard”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 50,4% az – 2,5 milyon manat, o cümlədən lombard portfeli 47,2% az – 2,05 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 1,2 milyon manat (67% az), balans kapitalı isə 1,3 milyon manat (4,1% az) olub.