SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Nazirlik: 8 ayda 5 500-dən çox müqavilə elektron formada imzalanıb

Nazirlik: 8 ayda 5 500-dən çox müqavilə elektron formada imzalanıb

  • 01 sentyabr 2026, 14:17

Bu ilin yanvar-avqust aylarında "E-müqavilə" altsistemi vasitəsilə ümumi dəyəri 2 milyard manatdan çox olan 5 500-dən çox müqavilə bağlanılıb.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

"E-müqavilə" altsistemi "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.

Altsistem bu il aprelin 10-dan istifadəyə verilib.

Skat.az - Ev və Avtomobil elanları