SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
FINCA Azerbaijan BOKT I yarımilin maliyyə hesabatını verib

"FINCA Azerbaijan" BOKT I yarımilin maliyyə hesabatını verib

  • 31 avqust 2026, 17:08

"FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 1 milyon manat xalis mənfəət əldə edib. Bu il iyulun əvvəlinə "FINCA Azerbaijan"ın aktivləri ilin əvvəlinə nisbətən 0,5% çox – 75,4 milyon manat, o cümlədən kredit portfeli 3,3% az – 60,9 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 56,9 milyon manat (1,2% az), balans kapitalı isə 18,5 milyon manat (6,3% çox), o cümlədən nizamnamə kapitalı 3,8 milyon manat (dəyişməyib) olub.

“Finca Azərbaycan" 1998-ci ildə yaradılıb. Mikromaliyyə təşkilatının nizamnamə kapitalının 100%-i Niderlandda qeydiyyatdan keçmiş “Finca Microfinance Cooperatief U.A” şirkətinə məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları