SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Azərbaycanda sistem əhəmiyyətli cəmi 1 sığortaçı var

Azərbaycanda sistem əhəmiyyətli cəmi 1 sığortaçı var

  • 31 avqust 2026, 14:47

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, bundan sonra Azərbaycanda hansısa sığorta şirkətinin sistem əhəmiyyətli hesab edilməsi üçün onun aktivləri sektor üzrə cəmi aktivlərin 30%-dən az olmamalıdır.

Yurd.Media xatırladır ki, indiyə qədər bu nisbət 20% idi.

2025-ci ilin yekununda Azərbaycandakı 15 sığorta şirkətinin cəmi aktivləri 1 925 milyon manat təşkil edib.

Sığortaçılardan “PAŞA Həyat Sığorta” ASC aktivlərin təxminən 43%-nə, “PAŞA Sığorta” ASC isə təxminən 20%-nə nəzarət edib.

Yəni, köhnə qaydalarda ölkədə sistem əhəmiyyətli 2 sığorta şirkəti olduğu halda, yeni qaydalarda onların sayı cəmi 1-dir (“PAŞA Həyat Sığorta”).

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları