"Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarı Fərman Quliyevə məxsus "BQ" ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 1,4 milyon manat xalis mənfəət əldə edib.
Bu il iyulun əvvəlinə “BQ”nin aktivləri ilin əvvəlinə nisbətən 37,8% çox – 9,5 milyon manat, o cümlədən kredit portfeli 37,6% çox – 8,05 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 7,25 milyon manat (16,75% çox), balans kapitalı isə 2,25 milyon manat (3,3 dəfə çox), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (51 dəfə çox) olub.