"Prior Leasing" ASC 2 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, şirkət istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, nominal dəyəri 100 manatdan 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onlara illik 15% gəlirlilik vəd olunur. Faizlər 1 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.
Qeyd edək ki, “Prior Leasing” ASC 2014-cü ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 8 milyon manatdır, direktoru (CEO) isə Araz Səfərlidir. Şirkətin hazırda 229 min manat vergi borcu yığılıb.