Azərbaycan Mərkəzi Bankı (AMB) 28 günlük notlarının illik gəlirliyini 5,9%-dən 6%-ə, 168 günlük notlarının illik gəlirliyini isə 6,1%-dən 6,14%-ə yüksəldib.
Bu barədə Yurd.Media-ya qurumdan bildirilib.
Məlumata görə, 84 və 252 günlük notların illik gəlirliliyi isə müvafiq olaraq 6,01% və 6,21% saxlanılıb.
Bu günə dövriyyədə 1 572,5 milyon manatlıq not var.