SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
ABB-nin səhmlərinə “PAŞA Kapital” da ortaq oldu

ABB-nin səhmlərinə “PAŞA Kapital” da ortaq oldu

  • 01 sentyabr 2026, 17:49

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmləri üzrə marketmeykerlərin sayı 3-dən 4-ə yüksəlib.

Bu barədə Yurd.Media-ya “Bakı Fond Birjası” QSC-dən bildirilib.

Məlumata görə, yeni marketmeyker “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Artıq maliyyə qurumu Birja ilə marketmeyker müqaviləsi bağlayıb.

Bundan əvvəl eyni müqaviləyə “Unicapital İnvestisiya Şirkəti” ASC, "Troni İnvestisiya Şirkəti" və "Invest-AZ İnvestisiya Şirkəti" QSC-lər imza atıb.

Marketmeyker müqaviləsinə görə, həmin səhmlər üzrə təkrar bazarda müəyyən dəhliz çərçivəsində alış və satış qiymətləri müəyyən edilir, eyni zamanda Birjanın ticarət sistemində 50 min manat ekvivalentindən az olmayaraq alış və satış sifarişləri yerləşdirilir.

Skat.az - Ev və Avtomobil elanları