SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Bank VTB Azərbaycan” səhmlərinin nominal dəyərini azaldır

“Bank VTB Azərbaycan” səhmlərinin nominal dəyərini azaldır

  • 03 sentyabr 2026, 11:24

“Bank VTB Azərbaycan” ASC dövriyyədə olan 1 579 075 000 ədəd adi səhminin nominal dəyərini 0,2 manatdan 0,06 manata endirməyə hazırlaşır. 

Bu barədə Yurd.Media-ya Bankdakı mənbə bildirib. 

Beləliklə, kredit təşkilatının nizamnamə kapitalı 3,3 dəfə azalaraq 315 815 000 manatdan 94 744 500 manata düşəcək. 

Xatırladaq ki, kapital azaldılmasına "Bank VTB Azərbaycan" ASC-nin səhmdarlarının iyulun 3-də keçirilmiş növbəti ümumi yığıncağında qərar verilib. Qərar Bankın kapital strukturunun cari maliyyə göstəricilərinə uyğunlaşdırılması və səhmdarlara dividend ödənilməsi üçün qanunvericiliyinin müvafiq tələblərinə əsaslanır. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları