SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
AMB “Baku Pay” və Global İnnovationsa qarşı hərəkətə keçdi

AMB “Baku Pay” və Global İnnovations"a qarşı hərəkətə keçdi

  • 03 sentyabr 2026, 14:17

Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarının iştirakçıları olan “Baku Pay” və Global İnnovations" MMC-lərə qarşı cəza tədbirləri görüb. 

Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib. 

Məlumata görə, "Baku Pay" elektron pul təşkilatında keçirilmiş yerində yoxlama çərçivəsində pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2-ci maddəsinə əsasən 2 min manat cərimə olunub.

Həmçinin "Global İnnovations" ödəniş təşkilatında keçirilmiş yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilib. Odur ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən 50 min manat cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları