“Prior Leasing” ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 1,2 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,7% azdır.
Bu il iyulun əvvəlinə “Prior Leasing”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 15,5% çox – 125,2 milyon manat, o cümlədən borc portfeli 13,1% çox – 51,1 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 112,9 milyon manat (13,7% çox), balans kapitalı isə 12,3 milyon manat (35,25% çox), o cümlədən nizamnamə kapitalı 8 milyon manat (60% çox) olub.