SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“International” BOKT I yarımilin maliyyə hesabatını verib

“International” BOKT I yarımilin maliyyə hesabatını verib

  • 04 sentyabr 2026, 16:42

“International” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 5,1 milyon manat xalis mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,7% çoxdur.

Bu il iyulun əvvəlinə “International”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 27,4% çox – 64,7 milyon manat, o cümlədən kredit portfeli 40,7% çox – 59,9 milyon manat təşkil edib. BOKT-un öhdəlikləri 45,1 milyon manat (32,7% çox), balans kapitalı isə 19,6 milyon manat (16,7% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları