“Bakı Fond Birjası” QSC (BFB) bu ilin yanvar-avqust aylarının yekunları ilə bağlı əməliyyat göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, 8 ayda Birjada 28,4 milyard manatlıq əməliyyat aparılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,3 dəfə artaraq 45 252 olub.