“Neo” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 60%-I Elson Aydımova, 40%-i isə Rəşad Səlimova məxsusdur.
Bu barədə Yurd.Media-ya kredit təşkilatındakı mənbə bildirib.
Onun sözlərinə görə, hər iki səhmdar ölkə vətəndaşıdır.
Xatırladaq ki, "Neo" 2007-ci ildən fəaliyyət göstərən "Finans İnvest" BOKT-un bazasında 2026-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 372 700 manatdır. Hazırda bu məbləğin 73 % artırılaraq 2 374 400 manata çatdırılması istiqamətində iş aparılıb. Kapital artımı üçün dövriyyəyə nominal dəyəri 3 710 manatdan 270 ədəd yeni səhm buraxılacaq.