“PAŞA Bank” ASC yeni səhmlərinin əldə edilməsinə dair bağlanılmış 34 insayder əqdini ictimailəşdirib.
Yurd.Media xəbər verir ki, Bank bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində məlumat verib.
“Qiymətli kağızlar haqqında” qanuna uyğun olaraq yerləşdirilmiş məlumatda söhbət “PAŞA Bank”da müxtəlif vəzifələr tutan şəxslərin Bankda pay almasından gedir.
Məsələn, həmin şəxslərdən biri kredit təşkilatının İdarə Heyətinin sədri Cavid Quliyevdir. O, 499 950 manat ödəyərək Bankın nominal dəyəri 20, bazar dəyəri isə 55 manatdan 9 090 ədəd səhmini əldə edib.