Azərbaycanda lizinq xidmətləri göstərən "Partner Finance" QSC 1 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, şirkət istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, nominal dəyəri 1 000 manatdan 1 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın qapalı üsulla yerləşdirilməsi nəzərdə tutulur.
Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onlara illik 12% gəlirlilik vəd olunur. Yerləşdirmə üzrə anderrayter "Capital Partners İnvestisiya Şirkəti" QSC-dir.