SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“Regional” BOKT-un aktivləri 23%-dən çox azalıb

“Regional” BOKT-un aktivləri 23%-dən çox azalıb

  • 21 iyul 2026, 11:49

"Regional” MMC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, BOKT yanvar-iyun aylarında 0,1 milyon manat xalis mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55% çoxdur. 

Bu il iyulun əvvəlinə “Regional”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 23,25% az – 5,2 milyon manat, o cümlədən kredit portfeli 18,5% az – 4,65 milyon manat təşkil edib. BOKT-un öhdəlikləri 4 milyon manat (20,4% az), balans kapitalı isə 1,2 milyon manat (31,35% az), o cümlədən nizamnamə kapitalı 1,1 milyon manat (31,25% az) olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları