SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Eldəniz Rüstəmovun şirkəti ötən ildən 1 milyon manatdan çox xalis mənfəətlə çıxıb

Eldəniz Rüstəmovun şirkəti ötən ildən 1 milyon manatdan çox xalis mənfəətlə çıxıb

  • 21 iyul 2026, 13:34

Eldəniz Rüstəmova məxsus "Caspian Equipment Company" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər ki, şirkət ötən il 1,2 milyon manat xalis mənfəət əldə edib. 

Bu, əvvəlki illə müqayisədə 12,2% çoxdur. 

Bu ilin əvvəlinə "Caspian Equipment Company"nin aktivləri 13,95 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 1,1 milyon manat (36,6% çox), balans kapitalı isə 12,85 milyon manat (20% çox), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (dəyişməyib) olub. 

"Caspian Equipment Company" mühərrik və sürtgü yağları, akkumulyator və şinlər, filtr və digər ehtiyat hissələri satır. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları