“Assist Finance İnvestisiya Şirkəti” ASC 800 min manatlıq istiqraz buraxmağı planlaşdırır.
Yurd.Media xəbər verir ki, söhbət nominal dəyəri 100 manatdan 8 min ədəd istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsindən gedir.
İstiqrazların illik faiz dərəcəsi və faizlərin ödənilmə tezliyi açıqlanmır.