“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin nizamnamə kapitalı artırıldı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT-un nizamnamə kapitalı 18% və ya 440 min manat artırılaraq 2 912 min manata çatdırıldı.
Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. BOKT-un səhmlərinin 19,4 %-i Xaqan Mirzəyevə, 16,2 %-i Səadət Mirzəyevaya, 16,1 %-i Azad Cəbraylova, 14,1 %-i Səməd Mirzəyevə, 14 %-i Raminə Allahverdiyevaya, 6,1 %-i Şəlalə Tağıyevaya, 5,6 %-i Leyla Salamovaya, 4,6 %-i Tokay Şıxəlizadəyə, 3,2 %-i Muradxan Mirzəyevə, 0,7 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.