Bu ilin I yarısında Azərbaycan banklarının əldə etdiyi xalis mənfəəti onların iyulun 1-nə malik olduqları nizamnamə kapitalının 13,1%-i qədər olub.
Yurd.Media xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların kapitalının gəlirliliyi 0,8 faiz bəndi azalıb.
Yanvar-iyun aylarında 22 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edən “Kapital Bank” ASC olub. Bu bankın 6 aylıq xalis mənfəəti onun kapitalının 57,9%-ni təşkil edib. Mənfəətlə işləyən banklar arasında ən aşağı göstəricini isə “Bank VTB Azərbaycan” ASC nümayiş etdirib – 2%. I yarımili zərərlə başa vurmuş “Bank BTB” ASC isə təbii olaraq kapitalının 2,4%-i qədər zərərliliyə malik olub.
Son 1 ildə kapitaldan istifadə vəziyyəti 22 bankdan 11-də yaxşılaşıb, 1-də dəyişməyib, 10-da isə pisləşib.
№
| Kommersiya bankının adı | Bankın nizamnamə kapitalının gəlirliliyi | |
|
| ||
|
| I yarımil, 2025 | I yarımil, 2024 |
1 | Kapital Bank | 57,9% | 46,6% |
2 | Bank Respublika | 37,7% | 35,5% |
3 | Bank of Baku | 26,7% | 20,8% |
4 | PASHA Bank | 25,8% | 33,6% |
5 | Access Bank | 17,2% | 10,1% |
6 | Ziraat Bank Azerbaijan | 15,5% | 12,4% |
7 | International Bank of Azerbaijan | 12,1% | 14,1% |
8 | Azer-Turk Bank | 8,8% | 27,1% |
9 | Yapi Credi Bank Azerbaijan | 8,8% | 7,9% |
10 | Rabitabank | 6,7% | 10,5% |
11 | Xalq Bank | 6,4% | 9,3% |
12 | Bank Eurasia | 6,2% | 1,5% |
13 | Yelo Bank | 5,2% | 6,9% |
14 | Unibank | 5,0% | 8,3% |
15 | Azerbaijan Industry Bank | 4,8% | 4,8% |
16 | AFB Bank | 3,9% | 0,9% |
17 | Express Bank | 3,8% | 5,3% |
18 | Bank Melli Iran-Baku | 4,4% | 4,7% |
19 | Premium Bank | 4,1% | 3,7% |
20 | Turan Bank | 2,2% | 1,1% |
21 | Bank VTB Azerbaijan | 2,0% | 1,5% |
22 | Bank BTB | -2,4% | 0,3% |
| Orta hesabla | 13,1% | 13,9% |