SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Nizamnamə kapitalından ən yaxşı istifadə etmiş BOKT məlum oldu - CƏDVƏL

Nizamnamə kapitalından ən yaxşı istifadə etmiş BOKT məlum oldu - CƏDVƏL

  • 10 iyul 2026, 10:33

2025-ci ildə Azərbaycanın bank olmayan kredit təşkilatlarının (BOKT) əldə etdiyi xalis mənfəət onların bu il yanvarın 1-nə malik olduqları nizamnamə kapitalının 28,3%-i qədər olub.

Yurd.Media araşdırmasına görə, 2024-cü illə müqayisədə kredit təşkilatlarının kapitalının gəlirliliyi 29,8 faiz bəndi azalıb.

Ötən il maliyyə göstəricilərini açıqlamış 50 BOKT arasında nizamnamə kapitalından ən yaxşı istifadə edən “Avrasiya Kredit olub. Bu kredit təşkilatının illik xalis mənfəəti onun kapitalının 484 mislini təşkil edib. “SF Azerbaijan” 52,5 mislilik göstərici ilə ikinci, “Azpul” isə 39,2 mislilik göstərici ilə üçüncü olub.

Ötən ili zərərlə başa vurmuş İDK isə nizamnamə kapitalından ən pis istifadə etmiş BOKT olub. Bu kredit təşkilatının xalis zərəri kapitalının 65,7%-ni təşkil edib. “Asel Kredit” 54,4%-lik göstərici ilə “ikinci”, “Finex Kredit” isə 47,2%-lik göstərici ilə “üçüncü” olub.

Son 1 ildə kapitaldan istifadə vəziyyəti 50 BOKT-dan 21-də yaxşılaşıb, 28-də pisləşib, 1-də (“Forfinance”) isə yenicə formalaşıb.  

Yurd.Media-nın bank olmayan kredit təşkilatlarının 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri artan və azalan BOKT-lar - CƏDVƏL

- Hər 5 BOKT-dan birinin kredit portfeli AZALDI - CƏDVƏL

- BOKT-ların əksəriyyətinin öhdəlikləri artdı - CƏDVƏL

- Balans kapitalı 15 milyon manatı aşan BOKT-lar - CƏDVƏL

- Bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalı necə dəyişib? - CƏDVƏL

- Mənfəətlə və zərərlə işləyən BOKT-lar - CƏDVƏL

- Mənfəət vergisi ödəməyən BOKT-lar - SİYAHI

- Azərbaycanda hər 4 BOKT-dan biri zərərlə işləyir - CƏDVƏL

- Aktivlərindən ən yaxşı istifadə etmiş BOKT məlum oldu - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları