Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 10-nun 2025-ci ildə xalis mənfəəti 3,2 milyon manatdan az olmayıb.
Yurd.Media araşdırmasına görə, bunlar “Nova Kredit” (23 milyon manat), “SF Azerbaijan” (15,75 milyon manat), “Azpul” (11,8 milyon manat), “Embafinans” (8,1 milyon manat), “Para” (6,2 milyon manat), “İnternational” (5,55 milyon manat), “Monetri” (6 milyon manat), “MJ Financial Services” (3,5 milyon manat), “M Bulak” (3,4 milyon manat) və FNC-dir (3,3 milyon manat).
9 BOKT-un xalis mənfəəti 1-3,2 milyon manat arasında, 18 BOKT-un xalis mənfəəti isə 0-1 milyon manat arasında olub.
10 BOKT 0-1 milyon manat arasında, 3 BOKT isə 1-4 milyon manat arasında xalis zərərlə üzləşib.
2 BOKT - dövlətə məxsus “Aqrarkredit” və yaxın vaxtlara qədər “Aset Maliyyə Texnologiyaları” adı ilə fəaliyyət göstərən “Azərkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 50 BOKT-dan 18-nin son 1 ildə xalis mənfəəti artıb. Ən yüksək dinamika “Caspian Finance”da (3,4 dəfə), ən aşağı dinamika isə “Regional”da (12%) qeydə alınıb.
15 BOKT-un isə xalis mənfəəti azalıb. Ən çox azalma “Azpul”da (81,7%), ən az azalma isə MCB-də (7,3%) qeydə alınıb.
5 BOKT-un xalis zərəri artıb, 1 BOKT-un xalis zərəri azalıb.
11 BOKT isə mənfəətdən zərərə və yaxud zərərdən mənfəətə keçib. Odur ki, onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.


Yurd.Media-nın bank olmayan kredit təşkilatlarının 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri artan və azalan BOKT-lar - CƏDVƏL
- Hər 5 BOKT-dan birinin kredit portfeli AZALDI - CƏDVƏL
- BOKT-ların əksəriyyətinin öhdəlikləri artdı - CƏDVƏL
- Balans kapitalı 15 milyon manatı aşan BOKT-lar - CƏDVƏL
- Bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalı necə dəyişib? - CƏDVƏL