SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Mənfəət vergisi ödəməyən BOKT-lar - SİYAHI

Mənfəət vergisi ödəməyən BOKT-lar - SİYAHI

  • 07 iyul 2026, 09:04

Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 10-nun 2025-ci ildə mənfəət vergisi ödəmələri 0,8 milyon manatdan az olmayıb.

Yurd.Media araşdırmasına görə, bunlar “Nova Kredit” (5,7 milyon manat), “SF Azerbaijan” (4 milyon manat), “Azpul” (2,5 milyon manat), “Embafinans” (2 milyon manat), “İnternational” (1,5 milyon manat), “Kredaqro” (1,2 milyon manat), “M Bulak” (1 milyon manat), “City Finance” (0,8 milyon manat), “Para” (0,8 milyon manat) və FNC-dir (0,8 milyon manat).

14 BOKT-un mənfəət vergisi ödəmələri 0,1-0,8 milyon manat arasında, 12 BOKT-un mənfəət vergisi ödəmələri isə 0-0,1 milyon manat arasında olub.

11 BOKT mənfəət vergisi ödəməyib, 3 BOKT isə mənfəət vergisi ödəmələrinə qənaət edib.

2 BOKT - dövlətə məxsus “Aqrarkredit” və yaxın vaxtlara qədər “Aset Maliyyə Texnologiyaları” adı ilə fəaliyyət göstərən “Azərkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.

Hesabat vermiş 50 BOKT-dan 18-nin son 1 ildə mənfəət vergisi ödəmələri artıb. Ən yüksək dinamika “Prior Credit”də (4,5 dəfə), ən aşağı dinamika isə “FİNKA Azərbaycan”da (1,3%) qeydə alınıb.

15 BOKT-un isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Asel Kredit”, “Falcon Finance” və “Finkapital”da (100%), ən az azalma isə “Kredex”də (16%) qeydə alınıb.

8 BOKT həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyib. 6 BOKT ötən il mənfəət vergisi ödəsə də, əvvəlki il ödəməyib. 3 BOKT isə ötən il mənfəət vergisi ödəmələrinə qənaət edib, əvvəlki il isə ya vergi ödəyib, ya da ödəməyib. Odur ki, onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Yurd.Media-nın bank olmayan kredit təşkilatlarının 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri artan və azalan BOKT-lar - CƏDVƏL

- Hər 5 BOKT-dan birinin kredit portfeli AZALDI - CƏDVƏL

- BOKT-ların əksəriyyətinin öhdəlikləri artdı - CƏDVƏL

- Balans kapitalı 15 milyon manatı aşan BOKT-lar - CƏDVƏL

- Bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalı necə dəyişib? - CƏDVƏL

- Mənfəətlə və zərərlə işləyən BOKT-lar - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları