Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 10-nun bu il yanvarın 1-nə balans kapitalı 15 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Bir Kredit” (98,5 milyon manat), “Azpul” (63,75 milyon manat), “SF Azerbaijan” (39,8 milyon manat), “M Bulak” (32,5 milyon manat), “Nova Credit” (31,9 milyon manat), “Embafinans” (30,9 milyon manat), “Kredaqro” (28,95 milyon manat), “Monetri” (24,3 milyon manat), “City Finance” (18,35 milyon manat) və “FİNKA Azərbaycan”dır (17,5 milyon manat).
5 BOKT-un balans kapitalı 10-15 milyon manat arasında, 33 BOKT-un balans kapitalı 1-10 milyon manat arasında, 1 BOKT-un balans kapitalı 0-1 milyon manat arasında olub, 1 BOKT isə 12,9 milyon manatlıq kapital çatışmazlığı ilə üzləşib.
2 BOKT - dövlətə məxsus “Aqrarkredit” və yaxın vaxtlara qədər “Aset Maliyyə Texnologiyaları” adı ilə fəaliyyət göstərən “Azərkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 50 BOKT-dan 37-nin son 1 ildə balans kapitalı artıb. Ən yüksək dinamika “Nova Kredit”də (34,8 dəfə), ən aşağı dinamika isə “Viator Mikro-Kredit Azərbaycan”da (4,5%) qeydə alınıb.
1 BOKT-un – “Forfinance”ın balans kapitalı ötən il formalaşıb.
11 BOKT-un isə son 1 ildə balans kapitalı azalıb. Ən çox azalma “Neo”da (73,4%), ən az azalma isə “Qafqaz-Kredit”də (2,4%) qeydə alınıb. 1 BOKT-un isə balans kapitalının çatışmazlığı 32,6% azalıb.


Yurd.Media-nın bank olmayan kredit təşkilatlarının 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri artan və azalan BOKT-lar - CƏDVƏL