Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 10-nun bu il yanvarın 1-nə nizamnamə kapitalı 7 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Bir Kredit” (99,8 milyon manat), “Para” (29,3 milyon manat), “Kredaqro” (23,8 milyon manat), “M Bulak” (10,4 milyon manat), “Embafinans” (10 milyon manat), “İnternational” (10 milyon manat), “Monetri” (10 milyon manat), “Nova Kredit” (9 milyon manat), “Caspian Finance” (8,5 milyon manat) və “Caspian İnvest”dir (8,25 milyon manat).
27 BOKT-un nizamnamə kapitalı 1-7 milyon manat arasında, 13 BOKT-un nizamnamə kapitalı isə 0-1 milyon manat arasında olub.
2 BOKT - dövlətə məxsus “Aqrarkredit” və yaxın vaxtlara qədər “Aset Maliyyə Texnologiyaları” adı ilə fəaliyyət göstərən “Azərkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 50 BOKT-dan 25-nin son 1 ildə nizamnamə kapitalı artıb. Ən yüksək dinamika “Kredaqro”da (23,8 dəfə), ən aşağı dinamika isə yaxın vaxtlara qədər “Effektinvest” adı ilə fəaliyyət göstərən “Alfa Kapital”da (2%) qeydə alınıb.


Yurd.Media-nın bank olmayan kredit təşkilatlarının 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri artan və azalan BOKT-lar - CƏDVƏL
- Hər 5 BOKT-dan birinin kredit portfeli AZALDI - CƏDVƏL