SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Aktivlərindən ən yaxşı istifadə etmiş BOKT məlum oldu - CƏDVƏL

Aktivlərindən ən yaxşı istifadə etmiş BOKT məlum oldu - CƏDVƏL

  • 09 iyul 2026, 15:36

2025-ci ildə Azərbaycanın bank olmayan kredit təşkilatlarının (BOKT) əldə etdiyi xalis mənfəət onların bu il yanvarın 1-nə malik olduqları aktivlərin 9%-i qədər olub.

Yurd.Media araşdırmasına görə, 2024-cü illə müqayisədə kredit təşkilatlarının aktivlərinin gəlirliliyi 7,2 faiz bəndi azalıb.

Ötən il maliyyə göstəricilərini açıqlamış 50 BOKT arasında nizamnamə kapitalından ən yaxşı istifadə edən uzun illərdir ki, zərərlə işləyən, nəhayət ötən il mənfəətə çıxmış “Para” olub. Bu kredit təşkilatının illik xalis mənfəəti onun aktivlərinin 1,2 mislini təşkil edib. “SF Azerbaijan” 32,5%-lik göstərici ilə ikinci, “Azkredit” isə 27,4%-lik göstərici ilə üçüncü olub.

Ötən ili zərərlə başa vurmuş, yaxın vaxtlara qədər “Finans İnvest” adı ilə fəaliyyət göstərən “Neo” isə aktivlərindən ən pis istifadə etmiş BOKT olub. Bu kredit təşkilatının xalis zərəri aktivlərinin 2,6 mislini təşkil edib. “Payonix” 76,6%-lik göstərici ilə “ikinci”, “Finex Kredit” isə 73,9%-lik göstərici ilə “üçüncü” olub.

Son 1 ildə aktivlərdən istifadə vəziyyəti 50 BOKT-dan 16-da yaxşılaşıb, 32-də pisləşib, 1-də (“Azmikroinvest”) dəyişməyib, 1-də (“Forfinance”) isə yenicə formalaşıb.  

Yurd.Media-nın bank olmayan kredit təşkilatlarının 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri artan və azalan BOKT-lar - CƏDVƏL

- Hər 5 BOKT-dan birinin kredit portfeli AZALDI - CƏDVƏL

- BOKT-ların əksəriyyətinin öhdəlikləri artdı - CƏDVƏL

- Balans kapitalı 15 milyon manatı aşan BOKT-lar - CƏDVƏL

- Bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalı necə dəyişib? - CƏDVƏL

- Mənfəətlə və zərərlə işləyən BOKT-lar - CƏDVƏL

- Mənfəət vergisi ödəməyən BOKT-lar - SİYAHI

- Azərbaycanda hər 4 BOKT-dan biri zərərlə işləyir - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları