"Kapital Bank" öz Bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalını həftə ərzində ikinci dəfə artırdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Bir Kredit BOKT" MMC nizamnamə kapitalını 5% və ya 5 milyon manat artıraraq 105,9 milyon manata çatdırıb.
Qeyd edək ki, bu həftənin əvvəlində şirkət nizamnamə kapitalını 1,1% və ya 1 milyon manat artıraraq 100,9 milyon manata çatdırmışdı.
Xatırladaq ki, “Bir Kredit BOKT” MMC 2018-ci ildə “Kapital Bank” ASC tərəfindən təsis edilib və həmin ildə Mərkəzi Bankdan lisenziya əldə edib. Onun rəhbəri Tural Məmmədlidir.