"Bir Kredit BOKT" MMC nizamnamə kapitalını artırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 1,1% və ya 1 milyon manat artıraraq 100,9 milyon manata çatdırıb.
Xatırladaq ki, “Bir Kredit BOKT” MMC 2018-ci ildə “Kapital Bank” ASC tərəfindən təsis edilib və həmin ildə Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib. Onun rəhbəri Tural Məmmədlidir.