“Bank of Baku” ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank yanvar-mart aylarında 8,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
Bu il aprelin əvvəlinə “Bank of Baku”nun aktivləri ötən il aprelin əvvəlinə nisbətən 21,9% çox – 1 225,1 milyon manat, o cümlədən kredit portfeli 26,5% çox – 910,9 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 040,6 milyon manat (23,6% çox), o cümlədən depozit portfeli 813,25 milyon manat (31,5% çox), balans kapitalı isə 184,5 milyon manat (13,2% çox), o cümlədən nizamnamə kapitalı 52,9 milyon manat (dəyişməyib) olub.