“Bank Respublika" bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank yanvar-mart aylarında 17 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% çoxdur.
Bu il aprelin əvvəlinə “Bank Respublika”nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 17,9% çox – 2 639,9 milyon manat, o cümlədən kredit portfeli 8,8% çox – 1 624 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 2 388,7 milyon manat (17,2% çox), o cümlədən depozit portfeli 1 154,2 milyon manat, balans kapitalı isə 251,2 milyon manat (25,3% çox), o cümlədən nizamnamə kapitalı 74 milyon manat (dəyişməyib) olub.