"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, maliyyə qurumu ötən il 2,55 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 12,9% çoxdur.
Bu ilin əvvəlinə "PAŞA Kapital"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 1,1% çox - 64,8 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin öhdəlikləri 46,1 milyon manat (3% az), balans kapitalı isə 18,7 milyon manat (13% çox), o cümlədən nizamnamə kapitalı 0,3 milyon manat (dəyişməyib) olub.